Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

600 qramla doğulmuş körpə evə yola salındı

  • 2023.01.25 14:58
  • 4286 Baxış
600 qramla doğulmuş körpə evə yola salındı

26 hestasiya həftəsində 600 qram çəki ilə doğulan körpə olduqca ağır vəziyyətdə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.

"Medicina" xəbər verir ki, körpəyə həddən artıq vaxtından öncə doğulma, perinatal dövr üçün spesifik olan digər dəqiqləşdirilmiş infeksiya, yenidoğulmuşda tənəffüs çatışmazlığı, yenidoğulmuşun tənəffüs pozuntusu sindromu, vaxtından əvvəl dölün azad edilməsi ilə əlaqədar neonatal sarılıq, doğuş zamanı az bədən çəkisinin digər halları diaqnozu qoyulub.

Planlı intensiv müalicələrdən sonra körpənin vəziyyəti yaxşılaşıb, çəkisini artıb, evə yola salınıb.

Körpənin sağlamlığına qovuşmasında Vaxtından qabaq doğulanların reanimasiyası şöbəsinin müdiri Lamiyə Fərzəliyeva, Vaxtından qabaq doğulanların patologiya şöbəsinin müdiri Pəri Məmmədova, müalicə həkimi reanimatoloq Ülviyyə Əkbərova, pediatr Aytəkin Adilovanın böyük rolu olub.