Bu məhlul yoda bənzər olub, sovet dövründən müxtəlif xəstəliklərin, xüsusən tənəffüs orqanlarının müalicəsində həm uşaqlar, həm böyüklər tərəfindən geniş istifadə olunub. Son zamanlar yeni çıxan spreylər bu unikal vasitəni unutdursa da, hələ də xəstələnəndə lüqola qaçanlar çoxdur.
Medicina.az bu ucuz vasitənin hansı problemlərdə istifadə olunduğunu təqdim edir.
1.Qrip, zökəm, soyuqdəymə, kəskin respirator xəstəliklərdə
Payızda, qışda bu xəstəliklərdən bütün yaş qrupları əziyyət çəkir. Bir stəkan qaynar suda 1 çay qaşığı alma sirkəsi, 2 damcı lüqol həll edib, axşam yeməkdən sonra içmək lazımdır.
10 gün qəbul etmək olar.
Bununla siz xəstəliyə qalib gələcək, həmçinin immunitetinizi möhkəmlədəcəksiz
2. Boğaz gəlməsi, boğazda ağrı, iltihab
Badamcıqlarda qızartı, ağrı hiss edən kimi dərhal lüqola batırılmış pambıqla onu silin. Qətiyyən su ilə islatmayın. Düzdür, lüqolun pis dadı ola bilər, yandırır, amma effekt o qədər güclüdür ki, bütün bunlara dözmək olar.
3. Xroniki yorğunluq, halsızlıqda – Zalmanov resepti
Məşhur professor Zalmanov hesab edirdi ki, elə bir xəstəlik yoxdur ki, öncədən yorğunluqla özünü göstərməsin. Birində görmə azalır, digərində tez-tez soyuqdəymə olur, daha sorna ciddi xəstəliklər, hətta onkologiya aşkarlanır
Professordan lüqollu resept
60 kq- a qədər çəkisi olanlar bir stəkan suda 1 damcı, 65-dən yuxarı olanlar 2 damcı lüqol həll etməklə, sutkada bir dəfə qurtum qurtum içməli. Həftədə 2 dəfə içmək kifayətdir.
4. Prostat iltihabı
Kişilərdə hətta xərçəngə qədər gedib çıxan bu xəstəlik zamanı da lüqol köməyinizə gələ bilər.
1 stəkan isti qaynanmış suya 1 ç.q bal, 1 ç.q alma sirkəsi, yarım ç.q çiçək tozu, 1 damla Lüqol məhlulu qarışdırıb, 2 saat saxlayın. Sonra yuxudan öncə için. Kurs 1 ay.
5. Faringtin müalicəsi
Boğazda quruluq, quru öskürək, qıcıqlanma, səsin batması hallarında boğaz qliserinli Lüqol məhlulu ilə silinir.
Əks göstərişləri:
Məhlula hiper həssaslıq
Böyrək və qaraciyər xəstəlikləri
Hipertireoz
Uşaqlarda 10 yaşa qədər olmaz