Bakıda altı yaşlı Şəms neyroblastoma xəstəliyindən (sinir toxumalarının xərçəngi) dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, Şəmsin xilası üçün bir müddətdir xeyriyyə aksiyaları keçirilir, sosial şəbəkələrdə maddi yardım toplanırdı.
Şəmsin atası "Facebook”da Şəmsin müalicəsinə yardım məqsədilə "Как спасти солнце” adlı "event” yaradılmışdı.
Onun müalicəsi xarici ölkədə aparılırdı.
Xərçəng xəstəliyinin dördüncü mərhələsində həyatda qalmaq üçün mübarizə aparan Şəms bu gün dünyasını dəyişib.