6 yaşlı qızın burnundan canlı zəli çıxarıldı, həkimlər şoka düşdü - VİDEO
6 yaşlı qızın burnundan canlı zəli çıxarıldı, həkimlər şoka düşdü - VİDEO
2018.12.28 15:10
13272 Baxış
6 yaşlı vyetnamlı qız burnunun şişməsi, nəfəs ala bilməməsi səbəbindən xəstəxanaya yerləşdirilib. Uşağın yuxarı nəfəs yolları endoskopik müayinə olunub, orda soxulcana bənzər yad cisim aşkar edilib. LOR pinsetlə qurdu çıxaranda onun böyük zəli olduğunu görüb.
Medicina.az xəbər verir ki, həkim zəlinin hələ kiçik ikən uşağın burnuna düşdüyünü, orada böyüdüyünü güman edir. Xoşbəxtlikdən zəli yuxarı doğru gedərək hansısa venanı deşib uşağın qanını sovurmayıb. Zəli qızın burnunda 2 aydan çox yaşayıb.
Onu çıxardıqdan sonra burundaxili şiş, ağrı keçib. Qızın sağlamlığı üçün təhlükə yoxdur.
Qeyd edək ki, Vyetnamda qəsəbələrdə insanlar çox vaxt təbii su höfzələrindən birbaşa su içdiyinə görə, zəli sürvələri su ilə buruna keçir, orada ilişib qalır.