6 yaşlı qız iflic atasına baxır, dişlərini yuyur, yedirir... - Anası onları tərk edib
6 yaşlı qız iflic atasına baxır, dişlərini yuyur, yedirir... - Anası onları tərk edib
2018.12.19 14:37
12678 Baxış
Çində yaşayan 6 yaşlı Cia Cianın iflic olan atasıyla birlikdə yayılmış fotoları hamını göz yaşına boğub.
Medicina.az xəbər verir ki, Cianın atası Tian Haicheng 2016-cı ilə yol qəzasında iflic olub. Özünü idarə etmək qabiliyyətini itirən 40 yaşlı kişiyə xanımı da bir zərbə vurub. O, böyük oğlunu da götürərək evi tərk edib. Atasına baxmaq öhdəliyi 6 yaşlı Ciaya qalıb. Bu azyaşlı qızcığaz hər səhər atasını 30 dəqiqə masaj edir, onun dişlərini fırçalayır, üzünü yuyur. Bütün işlərini bitirdikdən sonra isə dərsə gedir.
Məktəbdən qayıtdıqdan sonra isə uşaq atasına yemək hazırlayır, onun hərəkət etməsinə kömək edir.