Kamerunun şimal-qərb bölgəsində istifadəsi qadağan olunmuş “Naturcol” öskürək siropundan 6 uşaq dünyasını dəyişib.
“Medicina” xəbər verir ki, bununla bağlı Səhiyyə nazirliyinin şimal-qərb bölgəsi üzrə nümayəndəsi Kinqsli Çi Soh açıqlama verib.
O, siropun böyrəklərə ciddi ziyan vurduğunu deyib.
Ötən ay cənub-qərb bölgəsində 3 uşağın ölümündən sonra dərmandan istifadənin qadağan edildiyini bildirib.
Soh, həmin dərmana sahib olanları dərhal onu atmağa çağırıb.