Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 saatdan az yatmaq erkən ölüm riskini 30 faiz faiz artırır – Nazirdən XƏBƏRDARLIQ

  • 2024.07.25 20:54
  • 1212 Baxış
6 saatdan az yatmaq erkən ölüm riskini 30 faiz faiz artırır –  Nazirdən XƏBƏRDARLIQ
Sağlam qalmaq üçün düzgün yemək və fiziki aktiv olmaq qədər kifayət qədər yuxu almaq da vacibdir. Dördüncü ən vacib amil isə stresslə mübarizədir.

Medicina.az xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko "Sağlam Cəmiyyət" forumunda çıxış edərkən deyib.

“Gecə altı saatdan az yatan insanların erkən ölüm riski 30% yüksəkdir, çünki qeyri-kafi yuxu ürək-damar xəstəliklərinin inkişafına səbəb olur”, - deyə nazir bildirib.

Nazir araşdırma məlumatlarına istinad edərək gündə 5 saatdan az yatmağın piylənmə ehtimalını artırdığını diqqətə çatdırıb.

Uşaq Hematologiyası, Onkologiyası və İmmunologiyası Milli Tibbi Tədqiqat Mərkəzinin prezidenti Aleksandr Rumyantsev isə bunları deyib:

“Yuxu zamanı bədən təkcə istirahət etmir, həm də orqanizmdə bir çox vacib proseslər, o cümlədən faydalı maddələrin udulması baş verir.

Anlamaq lazımdır ki, yuxu və yemək bir-birinə uyğun gəlmir. Axşam yeməyi ilə yuxu saatı arasında ən azı 4 saat fərq olmalıdır”.


Aysel