Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada hər 6 nəfərdən 1-nin sonsuzluq problem yaşadığını bildirib.
Bakupost.az xəbər verir ki, ÜST sonsuzluğu qlobal sağlamlıq problemi kimi qiymətləndirib.
Hesabatda, yetişkin əhalinin 17,5 faizinin sonsuzluqdan əziyyət çəkdiyi qeyd olunub.
Sonsuzluq səviyyəsi yüksək gəlirli ölkələrdə 17,8 faiz, orta və aşağı gəlirli ölkələrdə isə 16,5 fazi olduğu elan edilib.
Həmçinin bildirilib ki, sonsuzluq insanların psixi və psixososial rifahına təsir göstərərək, sıxıntı, stiqma və maddi sıxıntıya səbəb olur.
Hesabatda ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus soznusluğun ayrı-seçkilik etmədən hər kəsə təsir etdiyini vurğulayıb:
"Bu məsələ artıq səhiyyə və siyasət sahəsindən kınara atılmamalı, məhsuldarlıq xidmətinə çıxış genişləndirilməlidir.
Beləliklə, valideynlik hüququna nail olmaq üçün təhlükəsiz, effektiv və əlverişli yollar ola bilər".