Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 mart - Qlaukoma ilə Mübarizə günüdür - Xəstəliyin əlamətləri

  • 2024.03.06 15:49
  • 867 Baxış
6 mart - Qlaukoma ilə Mübarizə günüdür  - Xəstəliyin əlamətləri

Martın 6-sı Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd olunur.

"Medicina" xəbər verir ki, bu tarix 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

Qlaukoma hiyləgər xəstəlikdir – illərlə inkişaf etsə də, çox hallarda ilk mərhələlərdə özünü büruzə vermir.

İnsan tədricən kor olmasını heç təxmin etmir, “əhəmiyyətsiz” əlamətləri isə yaşı və yaxud yorğunluğu ilə izah edir.

Unutmayın, erkən başlanan müalicə daha effektli olur. Xəstəliyin ilkin nişanələrindən olan aşağıdakı hallara diqqət yetirin:


- gözdə ağırlıq hissi, sancı, “təzyiqdən şişmə” hissi;

- oxuma və ya seyr etmə zamanı tez yorulmaq;

- gözlərin sulanması;

- dumanlı görmə, göz qarşısında “tor” və ya “nöqtələr”in olması;

- hava qaralan zaman görmə zəyifliyi;

- işıq mənbəyi, məsələn işıqlanan lampaya, baxdıqda, bəzən göz qarşısında rənbərəng dairələrin görünməsi;

- qaş, alın, gicgah nahiyyəsində və ya başın bir yarısında ağrı.



Qlaukomanın növündən asılı olaraq, həkim-oftalmoloq konservativ və yaxud cərrahi müalicə yolunu seçir. Konservativ müalicə bir sıra həkim təyinatlarından, o cümlədən, gözdaxili təzyiqi azaldan xüsusi göz damcılarından ibarət olur. Unutmayın ki, müalicəni yalnız həkim təyin etməlidir! Göz damcılarını və digər dərmanları özbaşına seçmək, təyin və ya ləğv etmək, eləcə də miqdarını dəyişməklə gözlərinizə geri qaytarılmaz ziyan vura bilərsiniz!

Bir sıra hallarda isə cərrahi müalicə təyin edilir. Müasir dövrdə əməliyyat xüsusi lazer avadanlığı ilə də keçirilə bilər.

Qlaukomalı xəstələr ambulator qeydiyyata alınmalı və heç bir şikayəti olmadığı halda 3 aydan bir planlı müayinə olunmalıdırlar. Digər xəstəliklərdə olduğu kimi, qlaukumanın da erkən aşkar və müalicə olunması vacibdir. Lakin xəstələrin həkimə olduqca gec, fəsadlaşmış xəstəliklə müraciət etməsi heç də nadir hal deyil. Belə olduqda isə görmə qabiliyyətinin bərpası çox vaxt mümkün olmur.

Aygün Musayeva