Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 il komada olan Şumaxer barədə qardaşı danışdı

  • 2023.12.27 17:04
  • 741 Baxış
6 il komada olan Şumaxer barədə qardaşı    danışdı


“Formula-1” ulduzu, pilot Mixael Şumaxerin qardaşı Ralf uzun illərdən sonra ilk dəfə qardaşının vəziyyəti barədə danışıb.


“Medicina” xəbər verir ki, bu ilin 29 dekabrında Alp dağlarında baş vermiş qəzadan 10 il ötür.

Başından travma alan pilot komadadır və ailəsi onun barədə geniş məlumat vermir.
Ailə qapalı həyat keçirir.

“Mən qardaşım üçün çox darıxıram. Şükür ki, müasir tibbin imkanları ilə onu yaşadırıq, amma heç nə əvvəlki kimi deyil.

O mənim qardaşım yox, həm də müəllimimdir. O bütün biliyini mənə verib.

Qardaşımın faciəsi mənim üçün sınaq idi, düzdür, ən çox onun övladları üçün ağırdır. O gündən bizim həyatımız çox dəyişib”.

Şumaxerin ailəsi Mixaelin hələ də müstəqil hərəkət edə bilmədiyi və ətrafı ilə tam ünsiyyət qurmaması barədə məlumat vermişdi. Bu vaxta qədər onun müalicəsinə 30 milyon dollar xərclədiklərini də deyiblər.

Aygün