Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 il komada olan Bakı sakini vəfat etdi - FOTO

  • 2020.03.03 12:21
  • 3729 Baxış
6 il komada olan Bakı sakini vəfat etdi -  FOTO
2014-cü ildə beyin iflici keçirən şəxs 6 il sonra - bir neçə gün əvvəl dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, ona aparılan müalicələrin heç bir nəticəsi olmayıb.

Nazim Abdulov 28 yaşında atasının faciəli ölümündən sonra beyin iflici keçirib. Rusiyada tikintidə çalışan atası onun gözü qarşısında binadan yıxılaraq həyatını itirib. Bundan sonra ailəsini götürüb Bakıya qayıdan Nazim burada fəhləlik etməyə başlayıb. Bir müddət sonra isə qəfildən xəstələnib. Həkimlər ona beyin iflici diaqnozu qoyub.

N.Abdulov həmin gündən komadan ayılmayıb.