Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.
Onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.
Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.
Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.