6 günlük iş həftəsi insanın psixoemosional və fiziki sağlamlıq baxımından çox ciddi təhlükə, fəsad yaradır.
“Medicina” xəbər verir ki, psixoloq Valeriy Qut artıq həftə sonu insanın iş gününə dözümünün azaldığını bildirib.
“Bu xoşagəlməz duruma, fikirlərə düşməmək və iş həftəsini normal başa vurmaq üçün içinizdəki usage yox, böyüyü işə salmalı və əlavə 1 günə sanki dərman kimi yanaşın. Acıdır, amma vacibdir.
Bundan əlavə maddi mükafat və qiymətləndirmə barədə düşünün. Bu isə uşaq tərəfinizə diqqət ayırmaqdır. O şəxsiyyət həmişə şirin dil, hədiyyələrlə qane olur. Ona bunu verin.
Hər şənbə günündən sonra arzu etdiyiniz istirahət, gəzinti, nəsə almaq, dadlı yemək, şirniyyat. İçinizdəki uşağa deyin ki, bundan sonra sizi irəlidə maraqlı bonus gözləyir.
Həftə ərzində ən böyük, çətin işləri həftə əvvəlinə salın. Uzun iş günlərində vaxtında yatmaq, açıq havada olmaq, yaxşı qidalanmağı vərdiş edin.
Eləcə də Neyrobika adlı texnika aktivliyinizi artırar.
Bu texnikada 5 hiss üzvünüz üçün yeni adət etmədiyiniz şeyləri məşq etməkdir. Göz, qulaq, dad, qoxu, dəri. Məsələn, Yeni bir mənzərəyə baxın, yeni musiqi təzə fərqli dad və yeni geyim. Bunu məşq etsəz, 6cı gün sizə yorğunluq gətirməyəcək”.
Aygün Musayeva