Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 dəqiqəlik bu trük Alsgeymer xəstəliyindən qoruya bilər

  • 2023.01.13 17:29
  • 2180 Baxış
6 dəqiqəlik bu trük Alsgeymer xəstəliyindən  qoruya bilər


Yaxın 10 ildə demensiya və Alsgeymer səviyyəsinin artmasının bütün dünyada 139 milyon insanı əhatə edəcəyi proqnozlaşdırılır.

“Medicina” xəbər verir ki, demensiya beynin yaddaş və koqnitiv funksiyalarının azalmasıdır.
Riski azaltmaq üçün alimlər hər dəfə bir metod təklif edir.

Yeni elmi araşdırma gündə 6-7 dəqiqə müəyyən fiziki aktivliyin kömək edəcəyini sübut edib.

Alsgeymerin qarşısını almaq üçün saatlarla idman zalında, trenajorda vaxt itirmək yox, gündə stabil olaraq 6 dəqiqə zaman ayırmaq lazımdır.

Həkim terapevt İrina Andreyeva bildirib ki, tərləməyə səbəb olan qısa müddətli, intensiv aktivlik beyində faydalı zülalın artmasına təkan verir, bu maddə yaddaş və öyrənmək üçün vacibdir.

Ona görə də beyin üçün gərgin, bir qədər intensiv, bədəni tərlədən növlər seçin.

Trusla qaçış, aerobika, tennis, velosipeddə yürüş zamanı BDNF adlı molekul 5 dəfə artır.

BDNF heyvanlar üzərində böyük perspektivlər yaradıb. Amma hələ ki, alimlər və farmaseptik şirkətlər onun insan üçün təhlükəsiz modelini tapa bilməyib.

Yeganə yol, dərmansız bunu artırmaqdır. Alimlər məhz tərlədici, gərgin idman, məşq və gəzintinin BDNF-i artırdığını sübut edib.

Bu zaman beyin hüceyrələri arasında yeni neyron əlaqə və yollar yaranır.

Aygün Musayeva