Türkiyənin Kahramanmaraş şəhərində zəlzələnin 202-ci saatında dağıntılar altından çıxarılan Məhərrəm və Hidayət Polad cütlüyü yerləşdirildikləri xəstəxanada yaşadıqlarından danışıblar.
Bakupost.az Haberler.com-a istinadən bildirir ki, Məhərrəm Polad 6 aylıq oğlunu tüpürcəyi ilə qidalandırmağa çalışdığını bildirib:
"Dağıntılar altında heç nə yemədik. Yalnız vazelin tapdım, bir az vazelin yedik. Həyat yoldaşımın artıq südü gəlmirdi. 5-ci gün dağıntılar altında qalan oğlum Məhəmməd Alparslan daha dözmədi. Nəbzini yoxladım, ürəyini dinlədim və səhər dünyasını dəyişdi".
2 övladını zəlzələdə itirən ailə 6 aylıq körpələrini yaşatmağa çalışsalar da, alınmayıb