Türkiyədə 6 aylıq körpə üzərində unikal əməliyyat həyata keçirilib.
Medicina.az xəbər verir ki, Suriya əsilli ailədən olan körpə ürəkdən ağciyərə gedən 5 damarı əskik dünyaya gəlib. Ailəsi onu Türkiyənin bir çox həkimlərinə göstərsə də, heç bir nəticə əldə etməyiblər.
Son olaraq uşaq Çukurova Tibb Fakültəsi Xəstəxanasına gətirilib. Burada müayinə edildikdən sonra,əməliyyata alınıb.
Professor Hakan.P və Yasin.G tərəfindən edilən əməliyyat zamanı ürək zərindən alınan hissədən sağ ağciyərə üç, sola isə iki olmaqla, beş damar hazırlayıblar. Həkimlər bildirib ki, əməliyyat uğurla keçsə də, uşağın sağ qalmağı möcüzə sayıla bilər.
Hazırda onun vəziyyəti qənaətbəxşdir.
.