Altı ayda bir dəfədən çox təkrar vaksinasiya sağlamlığa mənfi təsir göstərə bilər.
Bu barədə rusiyalı tibb elmləri namizədi, infeksionist Andrey Pozdnyakov xəbərdarlıq edib.
“Ya heç nə olmur, ya da immun reaksiya həddindən artıq yüklənir. Bu, peyvəndin əks effektinə səbəb ola bilər: vaksinlərin tez-tez tətbiqi immunitet sistemini bloklaya bilər və orqanizm lazımi səviyyədə qorunma təmin edə bilməz”, - deyə Pozdnyakov bildirib.