Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

6 aydan çox stress çəkmək bu xəstəlikləri yaradır

  • 2023.07.07 10:15
  • 1347 Baxış
6 aydan çox stress çəkmək    bu xəstəlikləri yaradır
Xroniki stress ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Stressin baş verməsi, əlverişsiz vəziyyətlərə kortəbii reaksiya şəklində yarandıqda normal bir prosesdir. Bir şəxs çox tez-tez stres altındadırsa burada normal bir şey yoxdur, bu artıq patolojidir.



“Medicina” xəbər verir ki, həkim Tatyana Neumolotovanın sözlərinə görə, xroniki stress psixikanın daimi həddindən artıq yüklənməsi səbəbindən bir neçə ay ərzində inkişaf edir.


Xroniki stressin nəticəsi nevroz, depressiya və ya daha ciddi psixi pozğunluqlar şəklində ağır psixopatologiyaların inkişafı ola bilər. Bundan əlavə xroniki stress bir sıra fiziki xəstəliklərə səbəb olur.


“Uzun müddət davam edən stress adaptiv mexanizmlərin pozulmasına və xroniki patologiyaların inkişafına səbəb ola bilər: sinir sistemi xəstəliklərindən əlavə, hipertoniya, koronar ürək xəstəliyi, immun çatışmazlığı.

Patoloji stress əlamətləri:


• Daimi yorğunluq, zəiflik.
• Yuxu pozğunluğu, kifayət qədər gecə yuxusuna baxmayaraq yuxululuq..
• Özündən narazılıq.

• Panik ataklar.
• Parlaq işığa, səs-küyə qarşı yüksək həssaslıq.
• Əzələ ağrısı, bədən ağrısı.


Xroniki stress baş ağrısı, başgicəllənmə, iştahsızlıq, qəbizlik, zehni zəifləmə, titrəmə, tərləmə, mədə-bağırsaq pozğunluğu, çəki artımı və ya itkisi şəklində fiziki narahatlığa səbəb ola bilər.

Bir insan daimi stress yaşayırsa və bədənində kortizolun xroniki olaraq yüksək səviyyəsi varsa, bu, otoimmun və onkoloji xəstəliklərin meydana gəlməsinə qədər immunitet sisteminə zərər verə bilər.

Günay Quluzadə