İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda ictimai dinləməyə qatılıb.
"Medicina" məlumatına görə, Nigar Bayramova bildirib ki, sığorta çərçivəsində hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər, doğuş vә qeysəriyyə kəsiyi əməliyyatı qarşılanır.
Uşaqlarda tez-tez rast gəlinən tənəffüs və həzm sisteminin xəstəlikləri, infeksion xəstəliklərin müalicəsi, eləcə də kardiocərrahi, koxlear implantasiya və digər əməliyyatlar Xidmətlər Zərfi ilə təminata alınıb. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində icbari tibbi sığorta ilə 50 milyondan çox tibbi xidmət göstərilib ki, onun 27%-i uşaqların payına düşür.