Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslər bir doza vaksin vurdura bilər"- Səhiyyə rəsmisi

  • 2021.07.08 15:16
  • 1302 Baxış
“6 ay əvvəl koronavirusa yoluxmuş şəxslər bir doza vaksin vurdura bilər" - Səhiyyə rəsmisi

6 ay və daha yaxın müddətdə virusa yoluxub sağalmış şəxslər hələ ki, bir doza vurdurmaq olar.

Medicina.az xəbər verir ki, bu barədə APA-ya səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, həmin şəxslərin ikinci doza peyvənd vurdurmasına ehtiyac duyulmur:

“Amma hər halda bu məsələyə yaxın günlərdə aydınlıq gətiriləcək”.


Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarına əsasən, xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Həmçinin peyvəndlənmiş vətəndaşlar ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.