Arterial hipertenziyanın ürək-qan damar, həmçinin böyrəklərlə çox bağlı olması barədə dəfələrlə məlumatlar verilib.
Medicina.az xəbər verir ki, son zamanlar daha çox böyrək mənşəli təzyiq yüksəlməsi halları qeydə alınır.
Rusiyanın tanınmış kardioloqu, hipertoniya üzrə Fransada çoxsaylı araşdırmalar aparmış alim Yuriy Kotelevçev stres və əsəbin təzyiqin yüksəlməsinə səbəb olması barədə fikri də təsdiqləyib.
O bildirib ki, daimi stres və güclü həyəcan zamanı böyrəküstü vəzilərdən aldosteron və kortizol adlı hormonlar hasil olur. Bu hormonlar təzyiqin tənzimi üçün vacibdir. Əgər insan davamlı olaraq 3 aydan çox stress vəziyyətindədirsə, 6aydan sonra böyrəküstü vəzi və böyrəklərin işində pozulmalar olur. Ona görə stress vəziyyətində olan insan mümkün qədər təzyiqi tez-tez ölçməli, bol maye qəbul etməli, fiziki hərəkətləri artırmalı, az duz qəbul etməlidir.
Təzyiq 140-da dayanırsa, deməli, gələcəkdə onu azaltmaq daha mümkün olmayacaq.
İnsanlar bilməlidir ki, arterial hipertenziya müalicə olunmaqla bitmir. Yəni o yarandısa, deməli, ömürlük sizinlədir. Amma onu dərmanlarla tam nəzarətə alıb, korrektə etmək olar. Bu korrektəni bacarsaz, deməli, təzyiqə qalib gəlmiş olursuz.