Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 583 nəfər koronavirusa yoluxdu - 7 ölü

  • 2020.07.03 17:20
  • 1637 Baxış
Azərbaycanda 583 nəfər koronavirusa yoluxdu  - 7 ölü

Azərbaycanda 583 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Bu gün 7137 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.