Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

570 əkiz, 33 üçəm doğulub - Statistika

  • 2025.04.15 11:45
  • 248 Baxış
570 əkiz, 33 üçəm doğulub -  Statistika

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Rəsmi məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub. Körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulub.