Bakıda 56 yaşlı qadın dəm qazından boğulub.
Medicina.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yaşayan 1963-cü il təvəllüdlü Kudelina Tatyana Vasilevna mənzilinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci ( səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.