Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

53 yaşlı model sağlamlıq – SİRLƏRİNİ AÇIQLADI

  • 2019.05.04 15:45
  • 16996 Baxış
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
 Avstraliyalı model Donna Anna Omanski 53 yaşında olmasına baxmayaraq, bir çox qadının həsəd aparacağı bədən quruluşuna sahibdir.
 

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, fit bədən quruluşunu "İnstaqram” hesabında nümayiş etdirən modelin minlərlə izləyicisi var. Onun paylaşdığı şəkillərdən yaşını tapmaq çətin məsələdir. Cazibadar gözəl gənc qalmasının sirlərini bölüşüb.

Donna bildirib ki, modellik karyerasına hələ 15 yaşında olarkən başlayıb. 15 yaşında modelliyə başlayan Donna Omanski indiyə kimi heç bir estetik əməliyyat keçirmədiyini söyləyib. 53 yaşlı model bildirib ki, gəncliyindən bəri daima sağlam qidalanmaya üstünlük verib. Son 5 ildir veqan qidalanmaya üstünlük verən xanım həyatı boyu bir fincan belə qəhvə içmədiyni deyib. Əvəzində isə yaşıl çaya üstünlük verib.

 

Omanski fit bədən qruluşuna sahib olmaq üçün tərkibində trans və doymuş yağ olan qidalardan uzaq durmağı tövsiyə edir. O bu vasitələrdən istifadənin orqanizmi sürətlə qocaltdığını bildirib. Zərif xanım yüksək lifli qidaların bədəni gəncləşdirdiyini, orqanların düzgün işləməsinə kömək etdiyini deyib.

 
Modelin sözlərinə görə, sağlam qidalanma və idmanla bərabər hər səhər üzünü sabunla yuyur. Ardınca isə nəmləmndirici krem çəkir. O, 25 yaşından bəri A vitamini qəbul edir. Anna indiyənə kimi qeyri-invaziv cild müalicəsi etmədiyini deyib. O həmçinin, vurğulayıb ki, gənc qalmaq üçün sadəcə pəhriz və idman yetərli deyil, eyni zamanda stresdən də uzaq olmaq lazımdır.
Donna Anna Omanski modellik və televiziya karyerası ilə bərabər, sağlamlıq və gözəllik məsləhətlərini bloqunda izləyiciləri üçün paylaşır.


 

 


 

 


 


 

 


 

53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI
53 yaşlı model sağlamlıq   – SİRLƏRİNİ AÇIQLADI