Bu gün Azərbaycanda koronavirusa 526 yoluxma qeydə alınıb.
Bunu Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, 502 nəfər sağalıb.
Bu günki test sayı 7566.
Bu gün COVİD-19 testi pozitiv çıxan 8 nəfər ölüb.
“Sağalanlarla yoluxanlar arasında kəskin fərq azalmağa doğru gedir. Ehtiyatla da olsa deyə bilərəm ki, bəlli sabitləşməyə nail olmuşuq. Buna vətəndaşların qaydalara əməl etməsi nəticəsində nail olmuşuq. İnsanlar ciddi şəkildə qaydalara riayət edirlər”.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən icra edilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.