Analitik Ekspertiza Mərkəzi 01.04.2023-30.04.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.
AEM-dəm
Medicina.az -a verilən məlumata görə, Bakı şəhəri üzrə 30, digər rayonlar üzrə 21 aptek olmaqla, ümumilikdə 51 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 15 protokol tərtib edilib.