Rusiyanın 500-ə yaxın tibb işçisi koronaivrus qurbanı olub.
Medicina.az xəbər verir ki, bu barədə Roszdavnadzorun rəhbəri Alla Samoylova bildirib.
O deyib ki, virus epidemiyasının bitməsi barədə danışmaq hələ tezdir.
“ Rusiyalı həkimlər “Xatirə siyahısı” yaradıblar, ora koronadan vəfat edən həkimlərin adı daxil edilir.
Pandemiya bitdikdən sonra onların xatirəsinə abidə quraşdırmaq barədə danışıqlar gedir.