Mediator adlı dərmanın xəstələrin ölümünə səbəb olması səbəbindən Fransanın farmakoloji şirkəti məhkəmə qarşısına çıxarılır.
Medicina.az xəbər verir ki, Servier adlı nəhəng şirkətin istehsal etdiyi və diabet xəstələrinin istifadə etdiyi bu dərmanın əks təsirləri barədə bəzi məqamlar gizlədilib və pasiyentlərə xəbərdarlıq edilməyib.
Mediator tabletləri hələ 80-ci illərdə yalnız şəkər xəstələri üçün nəzərdə tutulmuşdusa, daha sonra artıq çəkidən əziyyət çəkən insanlarda iştahı kəsmək üçün təyin olunub.
Müstəqil institutların apardığı araşdırmalara görə, Mediatorun təsirindən ölənlərin sayı 2000-dən çoxdur. Dərman 2009-cu ildən Fransada, daha sonra Avropa və Amerikada satışdan yığışdırılsa da, bir çox şəxslərdə bu dərman hələ də qalıb.
Şirkət özü isə bu qədər ölüm sayı ilə razılaşmır, real olaraq cəmi 3 letal sonluq barədə faktı təsdiqləyir. Pasiyentlər bu dərmandan yox, digər xəstəliklərindən ölüb.
Məhkəməyə təkcə bu şirkət nümayəndələri yox, eləcə də Fransanın Milli dərman təhlükəsizliyi Agentliyinin də bir neçə üzvü çıxarılacaq.