Medicina.az xəbər verir ki, S.Yadov adlı hindistanlı şəxs dostları ilə mərc edib. Onların razəlaşmasına əsasən Yadov 50 ədəd yumurta yeyəcəyi təqdirdə dostları ona 2 min rupi verəcəkdilər. Lakin 41 ədəd yumurta yediyi üçün mərci uduzan 42 yaşlı şəxs dostlarına pul ödəməli olub.
Bu zaman başı gicələn Yadov anidən huşunu itirib. Dostları onu dərhal xəstəxanaya çatdırıb. Lakin o bir neçə saat sonra xəstəxanada ölüb.