50 yaşlı Cenifer Aniston və 43 yaşlı Risi Viterspun necə gənc qaldıqlarının sirrini açıqlayıb.
Medcina. az xəbər verir ki, bir çox məşhur gözəlliklərini bahalı müalicələr, estetik cərrahi müdaxilələr sayəsində əldə edir. Ancaq karyeralarına 20 il əvvəl başlayan Cenifer Aniston və Risi Viterspun gözəl və gənc görünüşlərini disliplinli bir proqrama borcludular.
50 yaşlı Cenifer Aniston və 43 yaşlı 3 uşaq anası Risi gözəlliklərini həftənin 6 günü məşq proqramlarına və dieatalara borclu olduqlarını söyləyiblər. Cenifer günün 16 saatını fasiləli olaraq oruc tutduğu üçün heç nə yemədiyini söyləyir.
Risi isə səhərlər mütləq bir detoks içkisi ilə birlikdə şəkərsiz bir qəhvə içdiyini bildirib.