Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

50 yaşında kişi eyni yaşlı qadından 4 yaş qocadır

  • 2022.10.12 15:36
  • 2672 Baxış
50 yaşında kişi eyni yaşlı qadından  4 yaş qocadır

Kişi orqanizmi qadınlara nisbətdə daha tez qocalır. Bu onların genetik amiləri və zərərli həyat tərzləri ilə bağlıdır.


"Medicina" xəbər verir ki, Finlandiya universitetinin alimləri 50 yaşlı kişi ilə eyni yaşda qadının bioloji yaşını araşdırıb.

Onlar bildirib ki, bu fərq artıq 22-25 yaşdan başlayır.

Kişilər siqaret, içki və zərərli vərdişlərə görə qadınlardan 4-5 il daha tez qocalır.
50 yaşlı kişi həmyaşıdı qadından 4 bioloji yaş böyükdür.

Alimlər insanın 2 yaşı olduğunu bildirib: biri pasport yaşı, digəri orqanizmin həqiqi bioloji yaşı.
Bioloji yaşlanmaya artıq çəki, piylənmə də təsir edir.

Aygün Musayeva