Rusiyanın məşhur "ZOJ” xalq təbabəti jurnalında bir pasiyentin hekayəsində onun 50 yaşında dəhşətli ağrılardan əzab çəkdiyindən bəhs olunur.
Qadının bütün tibbi müalicələri, hətta Dimedrolla birgə ağrıkəsicilər vurması belə effektsiz olduğundan o, artıq sonunun gəldiyini düşünür.
Medicina.az həmin qadının hekayətini və reseptini təqdim edir.
" Ayaqlarımdan başlayan ağrılar sonradan çiyinlərimə, boynuma kimi yayıldı. Daban şporu diaqnozu ilə müalicə aldım, daha sonra xəstəxanada yatdım. Müalicələr qısa müddətdə effekt verirdi.
Ağrılar o qədər dözülməz olmuşdu ki, gəzmək istəmirdim, yata bilmirdim. Tez-tez təcili yardım gəlirdi, dimedroda ağrıkəcisi qatıb vururdular. Bir azdan onların da təsiri olmadı. Rəfiqəmin məsləhəti ilə hər gecə ayaqlarıma buz kimi soyuq su tökürdüm, ağrı 1-2 saatlıq kəsirdi.
Ağrılar o qədər dözülməz oldu ki, mən işə getmədim. İşim əlil yaşlılara xidmətlə bağlı idi. Xidmət etdiyim Böyük Vətən müharibəsi veteranı, ordu komandiri olmuş bir baba vəziyyətimdən xəbər tutub, məni görmək istədiyi xəbərini göndərdi.
Onu qırmayaraq evinə getdim. O, mənim səhhətimlə maraqlandı, ayaqlarımın ağrısından dözə bilmədiyimi eşidəndə dedi ki, niyə ayaqlarımı süd zərdabı ilə vanna etmirəm?
Mən onun nə olduğunu bilmirdim. O, mənə öz babasının metodunu, hansı ki, ondan müharibə dövründə də ağrıları olanlar istifadə edirdi o resepti bildirdi.
Onun məsləhəti ilə mən həmin axşam süddən zərdab alıb isitdim, ağrıyan ayaqlarımı onda vanna etdim. Sonra yun corablar geyinib, yatdım.
İnanmazsız, aylardır gecə yata bilməyən adam rahat yatdım.
Bu proseduru 5 dəfə 10 gün ərzində təkrar etdim və cəhənnəm əzabından xilas oldum.
O vaxtdan kimin ayaqları, qolları ağrıyır, bu resepti məsləhət görürəm. Hətta süd zərdabı pişiyimin pəncəsi şişəndə də kömək etdi.
Süd zərdabı nədir?
İnək südündən evdə kəsmik hazırlayanda süddən ayrılan sarı suya deyilir.
Təzə südü zəif odda su hamamında qızdırırıq. O vaxta kimi odda saxlanılır ki, südün kəsmik hissəsi yuxarı çıxsın, altda isə sarı zərdab qalsın. Bu proses 1-2 saata başa gəlir.
Kəsmiyi ayırıb yemək üçün saxlayırsız, suyu isə istifadə edirsiz. Zərdab effektini 5 saat saxlayır. Ona görə zərdabı ilk 3-4 saatda istifadə edin.
Süd zərdabı daxilə içilmək üçün də uyğundur. Onu sadəcə şəkər qatmadan içirlər. Sağlamlığa çox faydası var.