Prostat vəzi xərçəngi kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir. Xüsusilə 50 yaş və yuxarı kişilərin müntəzəm müayinələrlə erkən diaqnoz qoyulması vacibdir.
Medicina az xəbər verir ki, türkiyəli uroloq Yurdaer Kaynak, prostat xərçənginin yavaş inkişaf edən bir xəstəlik olduğunu, buna görə də erkən mərhələdə heç bir əlamət göstərmədiyini bildirib.
Doktor Kaynak xəstəliyin erkən diaqnozla müalicə oluna biləcəyinə, xərçəngin erkən aşkarlanması üçün 50 yaşdan yuxarı kişilərin mütəmadi olaraq sağlamlıq müayinəsindən keçməli olduğuna diqqət çəkib.
Prostatın kişi cinsiyyət sistemində yaşla böyüyən bir vəzi olduğunu açıqlayan Doktor Kaynak, bu vəzin həddindən artıq böyüdükdə xərçəngə səbəb ola biləcəyini vurğulayıb. O, həmçinin prostat xərçənginin əlamətləri arasında sidiyə çıxmada çətinlik, qanlı sidik, kürək və sümük ağrıları kimi şikayətlərin də olduğunu və bu şikayətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət etməyin vacibliyini qeyd edib.
Prostat xərçəngi yaş, genetik faktorlar, həddindən artıq spirt və siqaret istifadəsi, qeyri-sağlam qidalanma kimi risk faktorları ilə əlaqələndirilir.
Doktor Kaynak, bu risklərə qarşı sağlam həyat tərzi vərdişlərinin mənimsənilməsinin prostat xərçəngi riskinin azaldılmasında mühüm rol oynadığını bildirib. O, həmçinin əlavə edib ki, genetik keçmişi olan insanlar daha erkən yaşda skrininq testlərinə başlamalıdırlar.
Son illərdə inkişaf edən tibbi texnologiyalar prostat vəzi xərçənginin ilkin mərhələdə aşkarlanmasını asanlaşdırsa da, müasir müalicə üsulları xəstələrin sağalma prosesini də sürətləndirir. Müalicə prosesində xəstəliyin mərhələsinə görə cərrahi müdaxilələr, radioterapiya və robot cərrahiyyə kimi üsullardan istifadə edildiyini bildirən Dr.Kaynak, erkən diaqnozla müalicə nisbətlərinin çox daha yüksək olduğunu vurğulayıb.
Sağlam qidalanma, nizamlı məşq, siqaret və spirtdən uzaq durmağın prostat xərçəngi riskini azaldan faktorlar arasında olduğunu vurğulayan Doktor Kaynak, kişilərə 50 yaşından sonra mütəmadi olaraq PSA testi etdirmələrini tövsiyə edir.Mütəmadi olaraq müayinə və prostat xərçənginin erkən diaqnozu həyat qurtara bilər..
Aygün
Medicina.az