Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

50 yaşdan sonra kişilərə bunu yemək zərərlidir

  • 2022.09.12 14:37
  • 1164 Baxış
50 yaşdan sonra kişilərə bunu yemək zərərlidir

Diyetoloq Olqa Perevalova bildirib ki, 50 yaşdan yuxarı insanlar ətdən tamamilə imtina etməlidir. O, izah edib ki, artıq protein xərçəng təhlükəsi yaradır.


"Medicina" xəbər verir ki, ətyeyənlər arasında ən çox rast gəlinən xəstəlik artıq çəki və metabolik sindromdur. Nəticədə isə hipertoniya, ateroskleroz, infarkt, insult, şəkərli diabet, oynaq xəstəlikləri, podaqra və s. kimi x əstəliklər meydana gəlir.

Eyni zamanda, ətin tərkibində çoxlu vitaminlər var. Ondan tamamilə imtina etmək anemiyanın inkişafı, bağırsaq mikroflorasında dəyişiklik və immunitet sisteminin zəifləməsinə gətirib çıxarır. Ekspert bildirib ki, veqanlar xüsusilə diqqətli olmalıdırlar.

Ət xüsusilə uşaqlar üçün faydalıdır.

- Yalnız heyvan zülalında bütün amin turşuları var. Bunlar yumurta, ət və süddür. İmmunitet proteini sevir. Bunlar zülaldan yaranan hüceyrələrdir. Veqanlar heyvan zülallarından imtina edir, təkcə ətdən deyil, quş əti, yumurta və süddən. Yalnız bitki mənşəli zülalların tərkibində isə amin turşuları olmadığı üçün natamamdır

Aygün Musayeva