Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

50 nəfərlik toylarda hamı maska taxmalıdır - DİN rəsmisi

  • 2021.06.23 17:55
  • 1910 Baxış
50 nəfərlik toylarda hamı maska taxmalıdır   - DİN rəsmisi

Xəbər verdiyimiz kimi, iyulun 1-dən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan toylarda maskadan istifadə məcburi olacaq. Qərarda qadağanın açıq, yoxsa qapalı məkanlarda keçirilən şənliklərə şamil edilməsi ilə bağlı məlumatın olmaması vətəndaşlar arasında çaşqınlıq yaradıb.

Medicina.az xəbər verir ki, mö̈vzu ilə bağlı DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sabah.az-a açıqlamasında bildirib ki, toyların açıq və ya qapalı məkanlarda təşkil edilməsi ilə bağlı istisna yoxdur:

"İstisna yoxdur, qərar açıq və qapalı məkanlara aiddir. Orada kütləvi toplaşma olduğundan maska tələbi var. Yəni məclisdə iştirak edən qonaqlardan Covid pasportu (COVID-19) tələbi olmadığı üçün maska tələbi qalır".

Onun sözlərinə görə, açıq məkanlarda maskadan istifadə etməmə ilə bağlı qərarda ictimai yerlərdən söhbət gedir:

"Amma burada kütləvi toplaşma olduğuna görə, “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınır. Bununla bağlı xüsusi qeyd var. Bu 50 nəfərə qədər norma əvvəlki dövrlərdə qəbul edilən normadır ki, pasportun tələbi olmadığına və məsclisdə iştirak edən şəxslərin sağlamlığı ilə bağlı yoxlama olmadığına görə, bu tələb qoyulur. Çünki burada insanlar arasında təmas var. İnsanlar bir-biri ilə görüşəcək, təmas yaranacaq, oynayacaqlar. Ona görə də bu tələb Ümumdünya Səhiyyə Təşkilatının da müəyyən etdiyi normalar əsasında götürülərək icraya yönəldilib".

Qeyd edək ki, 31 may tarixindən etibarən Azərbaycanda açıq havada maska taxmaq haqda qərar ləğv edilib.