70 yaşlı kişi 50 ildir su nədir bilmir, susayanda yalnız Kola içir.
"Medicina" xəbər verir ki, Braziliya sakini 70 yaşlı Roberto 50 ildir maye kimi yalnız Kola içib.
O, yalnız uşaqlıqda su içib, 15 yaşından isə yalnız Kola içir.
Xəstəxanada yatan kişi dərmanını da Kola ilə içir.
Roberto suyun dadını unutduğunu deyib.
"Suyu sevmirəm.Hətta kola ilə də dərman qəbul edirəm".
Günə bəzən 3 şüşə kola içən 70 yaşlı kişi 2 dəfə kovidə qalib gəlib, ciddi xəstəliyi yoxdur. Özünə baxır, yeməyinə fikir verir, amma sudan başqa hər şey içir.
Aygün Musayeva