Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

50% hallarda ölümlə nəticələnən quş qripi – Rusiyada

  • 2024.03.18 17:55
  • 934 Baxış
50% hallarda ölümlə nəticələnən quş qripi  – Rusiyada

Rusiyada yeni pandemiya təhlükəsi yarana bilər.

“Medicina” xəbər verir ki, quş qripinin yeni ştammı H7N9 potensial təhlükəlidir.


Bu barədə Elmi Mərkəzin rəhbəri Georgiy Vikulov bildirib.


“Qrip viruslarının müntəzəm təkamülü yeni pandemiya təhlükəsi yaradır. Asiuya mənşəli H7N9 qripi potensial olaraq kovid kimi pandemiya törədə bilər.

Ştamm Tayvan, Çin, Şərqi Asiyada qeydə alınıb və artıq pandemik potensiala cəmi bir mutasiya qədər yaxındır. Eləcə də quş qripinin digər növlərinə də ciddi yanaşmaq lazımdır.

İndi onlar insandan insana keçməsə də, bu imkan var.

Quş qripi orqanizmi zədələyərək 50% halda ölümlə nəticələnir. Bu adi qripdən 90% çoxdur.

Hazırda epidemikç periodda ən aktiv viruslar A və B virus alt tipləridir”.



Aygün Musayeva