Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 yaşlı Dəniz nənəsinin dərmanlarını içibmiş... - VİDEO

  • 2025.02.20 10:25
  • 366 Baxış
5 yaşlı Dəniz nənəsinin dərmanlarını içibmiş... -  VİDEO

Beyləqanda 5 yaşlı Dəniz Tahirli şəkər və təzyiq dərmanları udduğu üçün zəhərlənərək ölüb.

Medicina.az -ın “ATV”yə istinadən məlumatına görə, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib.

Belə ki, Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib.

Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib:

“Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib. Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Onu dərhal xəstəxanaya aparıblar. Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”.

TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, uşağın ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

<iframe width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/205714.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>