Türkiyənin Samsun şəhərində leptin hormonu əksikliyi diaqnozu qoyulan 5 yaşındakı Yağız Bekte xəstəliyi səbəbi ilə 90 kiloya çatıb.
Medicina.az xəbər verir ki, gecələri nəfəs cihazına bağlı yatan Yağızın çəki almasının qarşısını almaq olmur. Yağız Bekteyə 5 aylıqkən leptin hormonu əksikliyi diaqnozu qoyulub. Aparılan dərman müalicəsi ilə 2,5 il əvvəl uşağın çəki alması 6 ay müddətinə dayandırılıb. Amma daha sonra orqanizmi dərmana öyrəşib və müalicəyə reaksiya verməməyə başlayıb. Bundan sonra Yağız Bekte yenidən çəki alıb. 5 yaşında 90 kiloya çatan Yağız çəkisi səbəbi ilə problemlər yaşayır.
Uşağın atası ABŞ-da yeni bir dərmanın sınaqdan keçirildiyini deyib: “Biz müraciət etsək də nəticə əldə edə bilmədik. Başqa çarəmiz yoxdur. Sınaq müddətində olsa da könüllü olaraq bu dərmanın alınmasını istəyirik. Buna görə də dövlətimizdən kömək istəyirik. Hazırda xəstəliyin müalicəsi yoxdur. Yağız nəfəs almaqda çətinlik çəkir. 90 kiloya çatdığı üçün tək qaldıra bilmirik. 4 nəfər aşağı düşürə bilirik. Sağolsun, bir xeyirsevər vətəndaşımız kömək etdi və binaya lift çəkdirdi. Bunun sayəsində Yağız 3-cü mərtəbədən aşağıya enib çıxa bilir".