İsraildə 5-11 yaş arası uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyası rəsmi olaraq başlayıb.
Bu günə qədər poliklinika və məktəb rəhbərliyi müvafiq yaşda olan 22 min uşağın peyvənd olunması üçün valideynlərindən sifariş alıb. 440 uşaq artıq peyvənd edilib.
İsrailin baş naziri Naftali Bennett oğlu Davidə də vaksin vurulacağı gözlənilir.
Qeyd edək ki, İsraildə pevəndləmə ABŞ-ın “Pfizer” şirkətinin dərmanı ilə aparılır.