Sidiyi saxlaya bilməmək, istər gecə, istər gündüz vaxtı uçun 5 yaşdan yuxarı normal deyil. Xəstəlik kimi qəbul edilir.
Medicina.az xəbər verir ki, bu barədə pediatr həkim Aytən İsmayılzadə məlumat verib.
"Sidik sisteminə aid olsa da bu hal sinir sisteminin də problemi kimi dəyərləndirilə bilər. Yəni bu işə həm uroloq, həm nevroloq
baxa bilər.
Mən pediatr olaraq enurez müalicə etməmişəm, bundan sonra da etmək fikrim yoxdur. Çünki altda yata bilən hər hansı nevroloji, uroloji, endokrin problemi ixtisas həkimi tərəfindən aydınlaşdırlmasının tərəfdarıyam. Lakin xüsusi bir səbəb olmayınca, beyinə siqnalı gec çatması, sidik kisəsinin tez boşalması, uşağın dərin yuxuda olması və s kimi səbəblərlə əlaqələndirilsə də nəticədə yenə uşaq uzun müddət dərman qəbul etməli olur və dərman kəsilincə isə eyni vəziyyətə qayıdır. Nə uzun müddət dərman qəbulu, nə də enurezin özü arzuedilən deyil.
Bu zaman bizə akkupunktur müalicə üsulu kömək edə bilər. Akkupunktur zamanı çox nazik iynələrdən istifadə edirik. Əlbəttə, iynə və uşaq.. Bir araya gəlməyən məfhumlardır. Və əsas da "həkim sənə iynə vurar, dinc otur" deyimlərinə görə daha da uzaq olan məfhumlar.. Amma bunun da yolu var.
Bu iynələrlə ilk stressiz tanışlıq sonra da işimizi rahat edəcək. Çunki bu iynələr ağrıtmır. Lakin biz lazer akkupunktur və ya nöqtəvi masaj (pressopunktur) ilə də başlaya bilərik. Əsas odur ki doğru nöqtələr seçək. Bu nöqtələrə qıcıq verilməsi serebrospinal mayedə betta - endorfinlərin artmasına, bu da öz növbəsində sidik kisəsi divarının yığılmasını azalmağa səbəb olur. Akkupunktur nəticəsində spinal və sipraspinal reflekslər zəiflədilir. Hansı ki onların aktivliyi sidik kisəsinin yığılmasına və boşalmasna gətirir.
Kliniki nəticə sidik kisə həcminin genişlənməsi və detruzor əzələnin işinin zəifləməsi ilə əldə edilir.
Akkupunktur ilə sidik kisəsi - sinir əlaqəsinin normal fəaliyyətini bərpa etmək olur. Bu dünya təcrubəsində 90% təşkil edir.
Mən də bir inteqrativ tibb pediatrı olaraq akkupunkturu uşaqlarımızın sağlamlığı uçun istifadə etməyə artıq başlamışam. İkinci şəkildə olan nöqtələri isə analar özü uşağında gündə iki dəfə 30-60 saniyə masaj etsin.