Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 yaşa qədər uşaqları gün altına çıxarmayın - Həkim

  • 2023.06.21 16:25
  • 1998 Baxış
5 yaşa qədər uşaqları gün altına çıxarmayın  - Həkim

Uşaqlar günvurmaya böyüklərdən daha çox məruz qalırlar.


"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Həkim bildirib ki, 5 yaşa qədər uşaqlarda günvurmaya daha çox rast gəlinir:

“Saat 11-16 radələrində açıq havada çox qalmaq məsləhət deyil. Bu saatlarda günvurma riski daha çox olur”.

Həkim tövsiyə edib ki, valideynlər yay aylarında uşaqlarının qidalarına diqqət etməli və geyimlərinə fikir verməlidirlər:

“İsti havalarda bol maye qəbulu tövsiyə olunur. Az-az, tez-tez qida qəbulu məsləhət görülür. Ağartı məhsullarından daha çox istifadə etməyə diqqət göstərsinlər. Geyimlərə qaldıqda isə yüngül və açıq rəngli partarlara üstünlük vermək lazımdır”.