Yuxunun müddəti, dərinliyi, rahat və ya narahat olması qanda qlükoza, şəkərin miqdarına təsir edir. Bu fikri Çikaqo universitetinin alimləri bildirib. Onlar hesab edir ki, həm çox həm də qısa yuxu qan plazmasında qlükozanı artırır, diabet riski yaradır.
Medicina.az xəbər verir ki, 960 nəfər preddiabet, diabet olan xəstə arasında aparılan araşdırma göstərib ki, onların yarısı pis yuxudan, az və narahat yatmaqdan, yuxudan doymamaqdan şikayətlənib.
Hesablamalar göstərib ki, 5 saatdan az, 9 saatdan çox yatan şəxslərdə A1c hemoqlobini çoxdur.
Eləcə də həddən artıq uzun, çox yuxu ilə yüksək aclıq şəkəri arasında birbaşa təsir sübut olunub.
Alimlər hesab edir ki, çox yatan insanlarda həm piylənmə dayanıqlı olur, həm də preddiabet mərhələdən diabetə keçid sürətlənir. Həmçinin 5 saatdan az yatmaq ümumiyyətlə hipofiz, qalxanabənzər vəzi və mədəaltını məhv edir