Kubanın Santa-Krus-del-Norte şəhərində çimərlikdə azı 5 nəfər ildırım zərbəsindən həyatını itirib.
Medicina.az-ın məlumatına görə, bu barədə "Granma” yazıb.
Ölənlərdən üçü uşaqdır. Daha bir yeniyetmə isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hər il adada ildırım zərbəsindən 100-ə yaxın insan dünyasını dəyişir.