Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 minə yaxın tibb işçisi koronavirusa yoluxdu - GÜRCÜSTANDA

  • 2020.11.27 14:54
  • 1059 Baxış
5 minə yaxın tibb işçisi koronavirusa yoluxdu -  GÜRCÜSTANDA

Gürcüstanda tibbi heyət arasında koronavirusa 5 minə yaxın yoluxma halı təsdiqlənib.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

O, tibb işçilərinin daha çox ev şəraitində yoluxduğunu deyib.

Nazir müavininin sözlərinə görə, səhiyyə işçiləri arasında COVID-19-a ən çox yoluxma halları sentyabr ayının sonunda qeydə alınıb: “Onların böyük əksəriyyəti artıq sağalaraq işə qayıdıb”.