Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 litr kola içən oğlanın mədəaltı vəzi çökdü

  • 2025.04.29 19:06
  • 145 Baxış
5 litr kola içən oğlanın mədəaltı vəzi    çökdü


Qazaxıstanda kəskin mədəaltı vəz və öd kisəsi ağrıları ilə xəstəxanaya gətirilən gənc oğlan əməliyyata alınıb.


“Medicina” xəbər verir ki, professor cərrah Musa Sahilov oğlanın kola içməkdən pankreonekroz olduğunu bildirib.

“Təsəvvür edin, oğlan dostları ilə yığışıb, hardasa oturublar və bir neçə saat ərzində kola içib. 5 litr kola içdikdən sonra şəkəri 10 dəfə qalxıb, pankreatit kəskinləşib, mədəaltı vəzində nekroz aktivləşib.

Onu reanimasiyada aparatlara qoşduq. Yaxınlarınıza, sağlamlığınıza diqqətli olun. Şəkərinizi bilmədən şirin içkilər içməyin. Eləcə də birdəfəyə litrlərlə kola içmək olmaz”.

Aygün Musayeva