Həkim dermatoloq Ceyms Hemblin öz cəsur və qeyri-adi eksperimenti ilə tibb tarixinə düşüb.
Belə ki, o, 5 ildir demək olar ki, çimmir.
“Mən özümü əla hiss edirəm, dərim isə çoxundan təmizdir”.
Medicina.az xəbər verir ki, 37 yaşlı həkim 2016-cı ildən çimməyi tərgidib və bu barədə Atlantic tibbi jurnalında məlumat verib.
O, çimməyi təxiyə salmağının səbəbləri və müsbət cəhətlərini belə izah edib:
“Hər insan ömrünün 2 ilini duş və ya vanna qəbul etməyə, çimməyə sərf edir. Təsəvvür edin, 2 il çimmək. Bir çoxları hətta bunu istəmədən edir, cəmiyyətə görə.
Mən çox adamlar, pasiyentlər tanıyıram ki, ay ərzində nadir halda çimirlər. Hətta bir qadın sabundan imtina etmişdi. Onlar özlərini yaxşı hiss edirdi. Bunu öz bədənimdə sınamaq qərarına gəldim. Həkim kimi mənə maraqlı idi, dəri, orqanizm buna necə reaksiya verəcək? Həqiqətənmi iyrənc, çirkli, pis qoxulu olacam?”
O, ilk öncə yuyucu gel, sabun, daha sonra losyon və deodorantdan, tər vasitələrindən imtina edir. Məlum olur ki, getdikcə dəri buna öyrəşir, nə yağlılıq olur, nə də pis qoxu.
“Çox adamlar saçlarına sabun, şampun vurur, sonra onu kondinsionerlə yaxalayır ki, başın yağı yaxşı yuyulsun. Daha sonra quru baş dərisi, cansız saçdan əziyyət çəkir, bahalı yağlar alıb çəkir. Əgər siz şampundan imtina etsəniz, saçlarınızda heç bir dəyişiklik olmayacaq”.
Çİmməyi tədricən azaltmaq lazımdır, sabundan birdən yox, zamanla imtina edirsiz, dezodorantları unudursuz.
Əllərinizi hər gün sadəcə su ilə yuyursuz, dişləri də. Amma saçları və bədəni nadir halda.
“Bəzən mən ona görə duş alırdım ki, sadəcə onun üçün darıxmışdım. Sonra bədənim buna alışdı. Biz hər gün sabun, gel istifadə etdikcə, bədən və dəridəki bakteriyalar daha da aktivləşir, çoxalır, aqressivləşir və dəriyə daha çox pis qoxulu toksin və qalıq ifraz edirlər”.
Əgər çimməyi azaltsaq, dərinin, bədənin, piy vəzilərinin özünü tənzimləmə prosesi işə salınır, insandan pis qoxu gəlmir. Məsələn, pişiklər kimi. Təbiətdə o qədər pişik var, onlar aylarla çimmir. Amma çoxu təmiz və qoxusuzdur.
Hər bir insanın öz bədən qoxusu olur, bununla münasibətlər qurulur, bununla dostların, arvadın səni tanıyır. Bİz bu qoxunu sabunlarla itirib, adiləşdiririk.
İnsanın bədən dərisi sosial biologiyadan itib, odekalon, ətir, sabun iyi bizim təbii qoxumuz deyil. Onlar bizə yaddır. Əgər bir adamdan ətir iyi gəlmirsə, beynimizdə avtomatik olaraq bir proqram işə düşür. O pis qoxur. Hansı ki, o tam normal insandır.