Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Bəstəkardan açıqlama – VİDEO“5 il ruhi xəstəxanada yatdım”

  • 2019.04.12 10:35
  • 8686 Baxış
 - Bəstəkardan açıqlama – VİDEO “5 il ruhi xəstəxanada yatdım”
 

Bir müddət öncə ölüm xəbəri yayılan bəstəkar Ətiqə Ələkbərova ARB TV-nin "Səhər-Səhər” proqramınına açıqlama verib.


"Ərsiz yaşaya bilərəm, musiqisiz yox. Həmin adamam mən. Lazımsız, bayağı mahnıları söndürürəm. Elton, Nurlan oxuyanda mən ağlayıram. Musiqini biz yazırıq, gözəlləşdirən müğənnidir. Eldar Mansurov mənə zəng edib həmişə deyirdi ki, sən sakit bəstəkarsan. Nazpəri 2 mahnımı götürdü, 2 dənə yüzlük verdi. Hansı ki, "ayrılmayaydıq” mahnısı ilə milyoner oldu. Mən mahnı satmırdım. Adam sevdiyi şeyi sata bilməz. Müğənni mənə 500 manat pul verirdi, dedim ki, get Xanım İsmayılqızının yanına o sənə verər”- deyə o bildirib. 


Bəstəkar daha sonra xaricdə yaşayan qızlarından da söz açıb:


"Gecə polislər içəri girdi, hamısı məni qucaqladı. Dedilər ki, bizlik deyil, rəis dedi ki, gəlsin yanıma işim var. Qonşum şikayət edib ki, guya ona balta qaldırmışam. Orda dedilər ki, ruhi xəstəxanaya göndəriləcək. 5 il orada yatdım. Qızlarım Amerikadadır. Əkiz qızlarımdır. Vaxtları yoxdur gəlib görüşməyə. Gələrlər də. Darıxıram. Neyləsinlər, uşaqları var, işləyirlər”.