Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

5 il ərzində şəkər olacağınızı hansı analizlər göstərir?

  • 2024.01.08 21:37
  • 1383 Baxış
5 il ərzində şəkər olacağınızı hansı analizlər  göstərir?
Preddiabet qanda şəkərin norma həddini keçməsi, amma hələ diabet səviyyəsinə çatmamasıdır.

Məsələn, qanda aclıq şəkəri 5,5 qədər normaldırsa, preddiabetdə bu 7-ə çatır, 7-dən sonra artıq diabetdir.


“Medicina” xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva bu vəziyyəti qaçırmamaq üçün hansı analizlərin vacibliyini açıqlayıb.

“Qlükozaya tolerantlıq, insulin dirənçi, qlikemiyanın pozulması və artıq şəkərə bənzər əlamətlər – bunlar preddiabetin göstəriciləridir.

Hansı analizləri verməli:

- Barmaqdan aclıq və toxluq analizi
- Venadan qan – aclıq və toxluq şəkəri

- HbA1 – 3 aylıq gizli şəkər analizi - əgər nəticə 6,0-ni keçibsə preddiabetdir.
- İnsulin analizi –
- Plazmada qlükoza
- Eləcə də qan ümumi və sidik analizi



Bundan əlavə:

- Ağızda qurulur
- Susuzluq
- Tez-tez sidik

- əl-ayaqda uyuşma varsa endokrinoloqa baş çəkin

Preddiabet təsdiq olunarsa, xüsusi dieta, arıqlamaq, zərərli vərdişlərdən uzaq durmaq, aktiv hərəkət təyin olunur. Bəzi müalicələr tərtib edilir.

Aygün Musayeva